`Neft hasilatını dondurmağa hazırıq` - Nazir


02:54     17 Aprel 2016 natiq%20eliyev42.jpg

Azərbaycan Dohada digər neft istehsal edən ölkələrlə saziş imzalamağa hazırdır.


Femida.az TASS-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.

“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə Natiq Əliyev bildirib.

Açar sözlər:

Oxunub: 758